Rusiyada səfərbərliyə cəlb olunmayanlar açıqlandı - SİYAHI

21:59 - 22 Sentyabr 2022

Rusiyada səfərbərliyə cəlb olunmayanlar açıqlandı - SİYAHI

Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik şəraitində hərbi xidmətə çağırılmayacaq şəxsləri müəyyən edib.

 

Manset.az RBK-ya istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

- sağlamlıq səbəbi ilə müvəqqəti yararsız olanlar;

- ailə üzvünə və ya I qrup əlillərə daimi qulluq edənlər;

- himayəsində 16 yaşadək 4 və ya daha çox övladı olanlar;

- analarının onlardan əlavə 8 yaşadək 4 və daha çox uşağı olan və onları ərsiz böyüdənlər;

- tələbələr.

Qeyd edək ki, dünən çıxış edən müdafiə naziri Sergey Şoyqu ölkədə ehtiyatda olanların ümumi sayını 25 milyon nəfər kimi qiymətləndirib. Onun sözlərinə görə, təxminən 300 min nəfər, yəni səfərbərlik resursunun 1,1%-i qismən səfərbərliyə düşür. Səfərbərlik artıq silahlı qüvvələrdə xidmət edənlərə şamil edilmir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin