<

İran Prezidenti başı açıq olan qadın jurnalistə müsahibə vermədi

21:41 - 22 Sentyabr 2022

Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib.

 

Manset.az xəbər verir ki, bu barədə kanalın müxbiri Kristina Amanpur Tviter səhifəsində yazıb. O bildirib ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, Prezident İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti CNN-nin müxbiri Kristina Amanpura başının bağlı olması şərtini irəli sürüb.

Lakin jurnalist başını örtmək istəməyib. Bu səbəbdən də İbrahim Rəisi müsahibə vermək istəməyib.


Xəbər xətti

3 Oktyabr 2022