Yaponiya oktyabrın 11-dən səyahət məhdudiyyətlərini aradan qaldırır

21:01 - 22 Sentyabr 2022

Yaponiya oktyabrın 11-dən səyahət məhdudiyyətlərini aradan qaldırır

Yaponiya hökuməti oktyabrın 11-dən koronavirusun yayılması ilə bağlı vəziyyətlə əlaqədar ölkəyə girişə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Baş nazir Fumio Kişida Nyu-Yorkda keçirdiyi mətbuat konfransında deyib.

Hökumət başçısı onu da bildirib ki, həmin gündən ölkədə daxili turizmi stimullaşdırmaq üçün müxtəlif kampaniyalar, o cümlədən müxtəlif əyləncə tədbirlərinə baş çəkmək üçün endirimlər nəzərdə tutulur.

Yaponiya artıq sentyabrın 7-dən giriş məhdudiyyətlərini yüngülləşdirib. Belə ki, ölkədə üç dəfə peyvənd olunanların yola düşməzdən əvvəl koronavirus testindən keçməsinə ehtiyac yoxdur. Bundan əlavə, ölkəyə daxil olan insanların sayı ilə bağlı gündəlik limit 20 mindən 50 minə qədər artırılıb.

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin