<

Şabranda baş verən qəzada xəsarət alanların adları məlum oldu - YENİLƏNDİ

21:22 - 22 Sentyabr 2022

Şabranda baş verən qəzada xəsarət alanların adı məlum olub.

 

Manset.az xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu dünyasını dəyişib.

Xəsarət alan şəxslərin adı aşağıdakı kimidir:

Dostuyeva Zöhrə Hüseynağa qızı (1958);

Əliyeva Xuraman Paşa qızı (1974);

Cəfərova Zülfiyyə Kərim qızı (1965);

Əliyev Sərxan Əmiraslan oğlu (1967);

Qasımova Şəfəq Kazım qızı (1976);

Məmmədova Validə Rzaqulu qızı (1974);

Məmmədov Fərid Mehman oğlu (1989);

Əsgərov Ramiz Əjdər oğlu (1956);

Seyidov Qasım İsmayıl oğlu;

Ağarzayev Siracəddin Nurulla oğlu (1959);

Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970);

Mədətova Cəmilə Nəbi qızı (1980);

Qəmbərova Reyhan Rzaqulu qızı (1965);

Kərimov Fikrət Tofiq oğlu (1966);

Məmmədova Təranə Abdul qızı (1977);

Əsgərova Məhbubə Ağamurad qızıdır (1961).

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İki nəfərin vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

***

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Xəbər xətti

3 Oktyabr 2022