AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA
29 Mart 2024
19:09 - 22 Sentyabr 2022
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft dairəsi” istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
11. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. “20 Yanvar” dairəsində.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin