COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
15:35 - 8 Avqust 2021
Milli Məclisin deputatı Tahir Kərimli mətbuata verdiyi açıqlamada polisi döyən keçmiş deputat Eldəniz Səlimovla bağlı onun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı Milli Məclisdə səsvermə keçirilərkən o protokol qaydasında səsvermədə iştirak etmədiyini bildirib. Bu barədə Tahir Kərimli açıqlamasında qeyd edib. Bu fikirlər isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Manset.az-a fikirlərini bildirən Xalq artisti, görkəmli aktyor Rasim Balayev Tahir Kərimlini qınayıb. O saytımıza açıqlamasında Tahir Kərimlinin bu addımı ilə Eldəniz Səlimova haqq verdiyini bildirib.
“Mən başa düşə bilmirəm ki, Tahir Kərimli hansı dünyada yaşayır. O, başa düşmür ki, polisi döymək nə deməkdir. Belə görürəm ki, biz Tahir Kərimli ilə tamam ayrı dünyada yaşayırıq. Əlbətdə, onun yaşayışı ayrı, səlahiyyəti ayrı, yüksək deputat postu, polisin ona çest verməsi ona görə də bunlar belə addım atırlar. Tahir Kərimli başa düşsün ki, Eldəniz Səlimov ola bilər deputat səlahiyyətini aşmasın, ancaq o insanlıq səlahiyyətini, insan səlahiyyətini aşıb. İnsan əməlinə sığmayan hadisə törədib.
Tahir Kərimlini də, digər deputatları da vətəndaşlarımız, insanlar seçib Milli Məclisə, ona görə özündən çıxmasın!”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin