Narkotiki bankalara yığıb evində gizlətdi - FOTOLAR

16:03 - 22 Sentyabr 2022

Narkotiki bankalara yığıb evində gizlətdi - FOTOLAR

Göyçayda narkotik kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, şəhər sakini Nazim Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvanda keçirilmiş tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin