Messi “Barselona” ilə ağlayaraq vidalaşdı - FOTOLAR VİDEO

14:50 - 8 Avqust 2021

Messi “Barselona” ilə ağlayaraq vidalaşdı - FOTOLAR VİDEO

Əfsanəvi futbolçu Lionel Messi “Camp Nou”da mətbuat konfransı keçirib.

 

Manset.az xəbər verir ki, “Barselona” ilə müqaviləsi başa çatan futbolçu brifinqdə göz yaşlarını saxlaya bilməyib.

“Uzun illərdir - 13 yaşımdan bəri buradayam. 21 ildən sonra ayrılacağam. Hər şeyə, komanda yoldaşlarıma və bir çox insana minnətdaram. Gəldiyim gündən bu klub üçün hər şeyi etdim.

Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Və azarkeşlərlə vidalaşmadan… Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan ayrılıram.

Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram”, - o duyğularını dilə gətirib.

 

 



Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin