Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
11:09 - 8 Avqust 2021
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - AEL (Kipr) matçına maraq böyükdür.
Manset.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdan klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbasadə məlumat verib. Onun sözlərinə görə, satışa çıxarıldığı ilk iki gündə artıq 3500 bilet satılıb.
Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər.
Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Qarabağ" - AEL oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında Kiprdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin