DYP-dən universitetlərə MÜRACİƏT

14:00 - 21 Sentyabr 2022

DYP-dən universitetlərə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) universitet rəhbərlərinə müraciət edib.

 

Manset.az xəbər verir ki, müraciətdə ali təhsil müəssisələrinin qarşısında vəziyyətin olduqca narahatedici olduğu ifadə edilib. BDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, ali təhsil müəssisələrinin qarşısında piyada qismində təhlükəki şəkildə hərəkət edən vətəndaşların sayı olduqca çoxalıb:

"Gənc nəslin nümayəndələri yollarda elə mənzərə yaradır ki, bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, ictimai fikirə də mənfi təsir edir. Bu cür davranışlara heç cür haqq qazandırmaq olmaz. Universitetlərin rəhbərlərindən, təlim-tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Cəmiyyətə savadlı mütəxəssisdən savayı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, gənclərimiz həyati əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dəstək olacaqlar! Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik!".


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin