Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

14:29 - 15 İyun 2021

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında 2021/2022 mövsümündə I təsnifat mərhələsinin püşkü atılıb.

Manşet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 16 cüt müəyyənləşib.

Azərbaycan təmsilçisi "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna rəqib olub. Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

“Fola Eş” (Lüksemburq) - "Linkoln" (Cəbəllütariq)

"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya)

“Malmö” (İsveç) - "Riqa" (Latviya)

“Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa)

"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan)

HİK (Helsinki, Finlandiya) - "Buduçnost" (Monteneqro)

ÇFR (Rumıniya) - "Borars" (Banya-Luka, Bosniya və Herseqovina)

"Şkendiya" (Şimali Makedoniya) - "Mura" (Sloveniya)

"Teuta" (Albaniya) - "Şerif" (Moldova)

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan)

"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan)

"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus)

“Ferentsvaroş” (Macarıstan) - İlkin mərhələnin qalibi

"Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya)

"Flora" (Estoniya) - “Hamrun Spartans” (Malta)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya)

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin