"Neftçi"nin Çempionlar Liqasında rəqibi bəlli oldu

14:18 - 15 İyun 2021

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Manşet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə səpələnməmişlər səpətində yer alan ölkə çempionu "Dinamo" (Tbilisi, Gürcüstan) ilə üz-üzə gələcək.

Flaqman ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin