70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024
12:26 - 16 Sentyabr 2022
6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Həyata keçirilən uğurlu siyasət nəticə etibarilə ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsini təmin edir
İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.
Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Buraya ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və s. məsələlər daxildir.
Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir
Bütün bəşəri və milli dəyərləri qoruyan və geniş miqyasda təbliğ edən Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. Həm dövlətin mənafeyinə zərər gəlmədiyi, həm də ictimai maraqlar təmin edildiyi, ortaq maraqlar müəyyənləşdirildiyi və üst-üstə düşdüyü halda ideal cəmiyyətin formalaşması mümkün olur. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Manset.az-a bildirib ki, ümumiyyətlə Azərbaycanın maraqlarını, Azərbaycanla bağlı Azərbaycanın mövqeyini təbliğ etmək üçün dünyada bir çox işlər həyata keçirilir:
“Hesab edirəm ki, həm dövlət qurumları, həm özəl qurumlar və ya xüsusilə diaspor təşkilatları bununla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün lazımlı tədbirlər həyata keçirirlər. Eyni zamanda, düşünürəm ki, Azərbaycan jurnalistikasının, xüsusilə elektron media qurumlarının üzərinə də kifayət qədər məsuliyyət düşür. Azərbaycanın haqq işini, ədalət işini, Azərbaycanda gedən bu sürətli inkişafı dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, eyni zamanda dünyanın bir çox beynəlxalq təşkilatlarına, diplomatik korpus nümayəndəliklərinə çatdırılmasında hesab edirəm ki, media əməkdaşlarının, xüsusilə elektron media əməkdaşlarının üzərinə kifayət qədər məsuliyyətli və həm də şərəfli vəzifə düşür. Ona görə də, bu işlər müxtəlif istiqamətlərdə reallaşdırılır, həyata keçirilir”.
V.Rəhimzadə hesab edir ki, kimliyindən, hansı vəzifə tutmağındam asılı olmayaraq, hər bir vətəndaşın vətəndaş Azərbaycan reallıqlarını, Azərbaycan həqiqətlərini, Azərbaycanda gedən bu uğurlu inkişafı dünya ictimaiyyətinə çatdırılmasında öz töhfələrini verməlidir:
“Mən düşünürəm ki, kifayət qədər uğurlu işlər görülür, bunlar göz önündədir. Başlıca olaraq, diaspor təşkilatları, diplomatik korpus nümayəndəlikləri əməkdaşlarının və bütövlükdə media əməkdaşları daha sistemli, davamlı və lazımi addımların atılmasında bu proqram xarakterli işlərin birgə görülməsi daha təsirli ola bilər. Ən əsası isə, Azərbaycanın ədalətli mövqeyini, haqq işini beynəlxalq təşkilatlara çatdırılmasında işlərin davamlı və sistemli şəkildə aparılması hesab edirəm ki, hər bir vətəndaşın üzərinə bu məsuliyyəti qoyur. Yəni, bu gün mən bu işi apardım, mövsümi xarakter daşısın yox, belə olmaz. İstənilən işin həyata keçirilməsi sistemli və davamlı şəkildə olmalıdır. Müvəqqəti, mövsümi xarakterli olmamalıdır. Həmişə bu işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün davamlı və sistemli işlərin görülməsi hər bir vətəndaşın üzərinə müəyyən, şərəfli bir məsuliyyət qoyur”.
Gülçin Nağıyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin