Şirvanda özünü yandıran qazi əvvələr ağır cinayətlər törədib – Adam oğurluğu…

10:07 - 19 Sentyabr 2022

Şirvanda özünü yandıran qazi əvvələr ağır cinayətlər törədib – Adam oğurluğu…

Şirvan şəhərində yol polisi əməkdaşları tərəfindən sürücülük hüququ və etibarnamə olmadan avtomobil idarə edən şəxsin özü və qardaşı ilə bağlı yeni məlumatlar daxil olub. 

 

Manset.az-ın məlumatına görə,  qanunsuz avtomobil idarə edən, CM-nin 234-cü vǝ 234.4.3-cü  (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1986-cı il təvəllüdlü, Elvin Abdiyevin Şirvan şəhərində hərəkətləri ilə bağlı rayon sakinlərinin çoxsaylı şikayətləri olub. Xəbərdarlıqlara və şikayətlərə baxmayaraq qardaşlar qanunsuz əməllərini davam etdiriblər. 

O da məlum olub ki, E.Abdiyevin qardaşı, əvəllər Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə məhkum olunmuş, 2020-ci ildə vətən müharibəsi iştirakçısı olmuş, 1990-cı il təvəllüdlü, Elmir Abdiyev polisin qanuni tələblərinə məhəl qoymadan özünü yandırıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin