COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
09:52 - 19 Sentyabr 2022
“Qarabağ” Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda səfərdə “Zirə”ni 7:1 hesabı ilə məğlub edib.
Manset.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.
O, əvvəlcə matç barədə danışıb: “Öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olmağımıza baxmayaraq, futbolçular dayanmırdılar, sürəti artırırdılar. Bu, çox vacib hallardan biridir. Neçə vaxtdır sıx qrafikdə idik. Amma ümumən bu, hiss olunmadı. Sıx qrafikdə çox əziyyət çəkdilər, sona qədər çətinliklərə dözdülər”.
Daha sonra təcrübəli mütəxəssis qarşılaşmada 4 qol vuran oğlu Musa Qurbanlıdan söz açıb: “Musa hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Milli barədə mən fikir bildirə bilmərəm. Çünki, yığmanın öz idarəediciləri var. Futbolda qol vuran oyunçuya maraq həddən çox olur, onun haqda müsbət fikirlər yaranır. Bu gün Musanın 4 qol vurmağı o demək deyil ki, o, tam hazırdır. Dəfələrlə demişəm ki, mənim üçün vacib olan stabil göstəricilərdir. Bu, çox vacibdir. Bunun üçün mərhələlər var. Bu mərhələlərin hamısını keçmək lazımdır. Çempionat oyunu, Avroliqa oyunu var. Bunlar hamısı mərhələlərdir. Ümumən gündən-günə inkişaf varsa, demək ki, yaxşılığa doğru gedir. Tək Musa yox, Toral, Elvin və digər oyunçuların da tam hazır olub, təcrübəlilərin sırasına qoşulmasını istəyirik. Musanın etməli olduğu çox şey var. Öz üzərində çox işləməlidir. Biz də məşqçilər olaraq hər futbolçunun idman formasını daha da yaxşılaşdırmasıns çalışacağıq.
Çalışdırıcı matç ərzində futbolçusu Kadi Borxesə əsəbiləşməsinə də toxunub: “Söhbət kobudluqdan getmirdi, çox kobud oynamamışdı. Kart almaq üçün getmişdi, ona görə. Əsəblərini qoruya bilməmişdi. Bəli, sərt mübarizə idi. Sanki nəyisə göstərmək istəyirdi. Mənə nəyisə göstərmək lazım deyil. Elə oyunçular var ki, rəqibi qıcıqlandırıb, sarı vərəqə aldırırlar. Buna hirslənmişdim. İnanıram ki, qarşıdakı oyunlarda əsəblərini qoruyub saxlaya biləcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin