Ərdoğan Liviyanın Baş naziri ilə görüşdü

17:33 - 7 Avqust 2021

Ərdoğan Liviyanın Baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edib.

Manset.az “TRTHaber”ə istinadən xəbər verir ki, iki ölkə liderləri Ankaradakı Vahdettin iqamətgahında bir araya gəliblər.

R.T.Ərdoğan və Ə.Dibeybe əvvəlcə təkbətək görüşüblər. Müzakirələr 1,5 saat davam edib.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə görüş olub.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin