SON DƏQİQƏ! Bakıda ev yanır - VİDEO

15:49 - 7 Avqust 2021

SON DƏQİQƏ! Bakıda ev yanır - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində ("Kubinka" adlı ərazi) fərdi yaşayış evi yanır.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin