Hacı Əliyev Tokio-2020-də gümüş medal QAZANDI

15:17 - 7 Avqust 2021

Hacı Əliyev Tokio-2020-də gümüş medal QAZANDI

Bu gün Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev  Tokio-2020-də final görüşünə çıxıb.

Manset.az  xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi Takuto Otoquro (Yaponiya) olub. Bu görüşdə H.Əliyev 4:5 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlmişdi.

Xatırladaq ki, H.Əliyev 2016-cı ildə keçirilən Olimpiadada bürünc medal qazanmışdı.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin