“Mənim ölkəmdə matəmdir, yas tutmalıyam” - Nəvai

13:51 - 16 Sentyabr 2022

“Mənim ölkəmdə matəmdir, yas tutmalıyam” - Nəvai

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai şəhidlərlə bağlı instaqramda gec paylaşım etdiyinə görə onu tənqid edənlərə cavab verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:

“Heç bir məşhurun cavab verə bilməyəcəyi sualım var: Niyə biz məşhurları hamı söyür? Biz insanlığı dəstəkləyirik, ancaq yaradıcılığımızla. Biz - artistlər dünyada heç nəyi həll etmirik. Bütün aqressiv insanlar, bizdən əl çəkin. Biz bütün dünyada sülhün tərəfdarıyıq. Ancaq söhbət Vətəndən gedirsə, hər kəs onu dəstəkləmək məcburiyyətindədir. Mənim ölkəm Azərbaycanda matəmdir. Bu, o deməkdir ki, mən yas tutmalıyam”.

Nəvai bildirib ki, onu təhqir edənləri qara siyahıya atır: “Musiqi yeganə xilasdır. Yeganə amildir ki, sərhəd tanımır. Tənha olanda səninlə olan yeganə amil və gözəl psixoloqdur. Şükür ki, tanrı mənə bu istedadı verib və mən bunu bölüşürəm. Bizim musiqini bütün dünyada dinləyirlər”.

 



Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin