Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
10:50 - 7 Avqust 2021
“Paşinyana qarşı terror hazırlanır?”
Manset.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.
Ermənistan KİV-i 8-ci çağırış parlamentinni fəaliyyətə başlamasından bəri tətbiq olunan məhdudiyyətləri araşdırıb.
“Hraparak” mövzu ilə ilə bağlı qeyd edir: “Milli Məclis rəhbərliyinin media üçün nəzərdə tutduğu yeni məhdudiyyətlərə görə, deputatların kabinetinə girmək üçün jurnalistin keçid izni olmlıdır. Ancaq burada da məhdudiyyətlər tətbiq edilib. Məlum olur ki, görüş günlərində belə bir keçid vermək qadağandır”.
Erməni nəşri qəzeti yazır ki, yeni seçilmiş deputatlara bu gün məlumat verilib. "Sentyabr ayından etibarən Milli Məclis rəhbərliyi parlamentin girişində jurnalistlər üçün ayrıca otaq ayırıb ki, sərbəst hərəkət edə bilməsinlər və kimdən istəsələr müsahibə ala bilməsinlər. Əlavə olaraq, digər təhlükəsizlik tədbirləri nəzərdə tutulur, xüsusən də, foyedə yoxlama məntəqələri və deputatların görüş otağına girmələrinə imkan verən xüsusi fərdiləşdirilmiş "çiplər" quraşdırılacaq.
Hakim dairələrində Milli Təhlükəsizlik Xidmətinin Nikol Paşinyana qarşı terror hazırlanmasına dair məlumat alındığı və bunun qarşısını almaq üçün bu cür tədbirlərin görüldüyü haqqında şayiələr dolaşır”, - deyə “Hraparak” mövzunu tamamlayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin