COVID-19 pasportu tələb edilən iş və xidmət sahələri - YENİ QAYDALAR

09:09 - 7 Avqust 2021

COVID-19 pasportu tələb edilən iş və xidmət sahələri - YENİ QAYDALAR

Dövlət Vergi Xidmətindən Manset.az-a bildirilib ki, 2021-ci il sentyabrın 1-dən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxlərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir.

Bu iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-a yaxın fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq Qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq Dövlət Vergi Xidməti tərəfindən müvafiq sahədə fəaliyyət göstərən vergiödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildirişlərin göndərilməsinə başlanılıb.

Fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergiödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidirlər.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin