Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən dəhşətli yanğınlar başladı - FOTOLAR

23:40 - 6 Avqust 2021

Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən dəhşətli yanğınlar başladı - FOTOLAR

Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb.

Manset.az  xəbər verir ki, iki gün öncə Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb.



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin