Vəzifəli şəxs namaz qılarkən ÖLDÜRÜLDÜ

20:38 - 6 Avqust 2021

Vəzifəli şəxs namaz qılarkən ÖLDÜRÜLDÜ

Əfqanıstan hökumətinin media və məlumat mərkəzinin rəhbəri Dava Xan Menapalın ölümünə görə məsuliyyəti "Taliban" qiyamçıları öz üzərinə götürüb.

Manset.az  "Reuters"ə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi D.Menapalın cümə namazı zamanı öldürüldüyünü bildirib.

Öldürülən hökumət rəsmisi Əfqanıstan Prezidenti Əşrəf Qaninin yardım qrupunda mətbuat katibi olaraq da çalışıb.

ABŞ-ın müvəqqəti işlər vəkili Ross Uilson "Twitter"də Menapalın öldürülməsini pisləyən paylaşım edib.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin