Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi

19:07 - 6 Avqust 2021

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən "Minalara qarşı əks tədbirlər - Dalğıc hazırlığı" kursunda iştirak edib.

Manset.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin