Vilayət Eyvazov vəfat edən polislə vida mərasimində - Foto

17:24 - 6 Avqust 2021

Vilayət Eyvazov vəfat edən polislə vida mərasimində - Foto

Daxili işlər naziri Vilayət Eyvazov ötən gün vəfat edən polis əməkdaşı ilə vida mərasimində iştirak edib.

Manset.az xəbər verir ki, DİN-dən  verilən məlumata görə, mərhum polis əməkdaşı Elçin Səfərovla vida mərasiminə nazir müavinləri də qatılıb. "Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik!", -deyə DİN-in yaydığı açıqlamada deyilir. 

Xatırladaq ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranın partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov avqustun 5-də vəfat edib.  



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin