Prezident Zəfər parkında olub - YENİLƏNİR
27 Sentyabr 2024
17:08 - 6 Avqust 2021
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Azərbaycan Respubilkasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə qazilərin hüquqi maarifləndirilməsi yönümündə Ali Məhkəmədə infotur keçirildi.
Manset.az-ın məlumatına görə, info turda Ali Məhkəmənin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak etdilər.
İnfoturla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Hüquqi Məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərimizin hüquqi maarifləndirilməsini vacib hesab edərək Ali Məhkəmə rəhbərliyi ilə birlikdə 30 qazinin hüquqi dinləməsini həyata keçiriblər.
Məcid Məmmədov onu da qeyd etdi ki, bu cür hüquqi maarifləndirmə yönümündə infoturu təşkil etməkdə əsas məqsəd qazilərimizi hüquqi cəhətdən məlumatlandırmaq və bu yöndə ictimai töhfələr verməkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin