Naxçıvan yenə atəşə tutuldu

16:54 - 6 Avqust 2021

Naxçıvan yenə atəşə tutuldu

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Manset.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi yayıb. 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin