Əfqanıstan rəsmisi Rusiya səfirliyi yaxınlığında öldürüldü

16:35 - 6 Avqust 2021

Əfqanıstan rəsmisi Rusiya səfirliyi yaxınlığında öldürüldü

Əfqanıstan hökumətinin Məlumat mərkəzinin rəhbəri Davakhan Minapal naməlum şəxslər tərəfindən qətlə yetirilib. 

Manset.az xəbər verir ki, bu haqda məlumatı “1TV” telekanalı yayıb. Məlumata əsasən, insident Kabulda Rusiya səfirliyi ilə üzbəüz baş verib.

“Associated Press” agentliyinin məlumatına görə, “Taliban” hərəkatı Minapalın qətlər yetirilməsinə görə, məsuliyyəti öz üzərinə götürüb. 

Belə ki, “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiulla Mucahidin sözlərinə görə, Minapal öz hərəkətlərinin cəzasını alıb.

Əfqanıstan hökuməti isə öz növbəsində məsələ ilə bağlı açıqlama verməyib.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin