Sahibə Qafarova İranın yeni Prezidenti ilə görüşdü

16:17 - 6 Avqust 2021

Sahibə Qafarova İranın yeni Prezidenti ilə görüşdü

İran Prezidenti İbrahim Rəisi Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətini qəbul edib.

Manset.az xəbər verir ki, bu haqda məlumatı “İrna” agentliyi yayıb. Məlumata əsasən, Rəisi İran və Azərbaycan arasında tarixi, mədəni və dini ortaq cəhətlərə toxunaraq, İranın Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirmək üçün mühüm addımlar atmaqda qərarlı olduğunu vurğulayıb.

İbrahim Rəisi həmçinin bildirib ki, İran şirkətləri və özəl sektoru Azərbaycan torpaqlarının bərpa edilməsi və texniki, mühəndislik və infrastruktur sahələrində birgə layihələr həyata keçirmək üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Sahibə Qafarova isə növbəsində İbrahim Rəisinin prezidentliyi dövründə hər iki ölkə arasında münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu qeyd edib. 

O, həmçinin Azərbaycanın İran şirkətlərinin müxtəlif layihələrin həyata keçirilməsində iştirakını alqışladığını vurğulayıb.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin