Azərbaycanlı kriminal qruplaşma üzvünün nəşi Şəmkirə gətirildi: Killer tutuldu (VİDEO)

14:26 - 6 Avqust 2021

Azərbaycanlı kriminal qruplaşma üzvünün nəşi Şəmkirə gətirildi: Killer tutuldu (VİDEO)

Avqustun 3-də Ukraynanın Odessa şəhərində 25 yaşlı Şəmkir rayon sakini, kiçik sahibkar Laçın Məmmədovu "Stalker” tapança-pulemyotu ilə güllələləyən 27 yaşlı killer Elmuraz Məmmədov paytaxt Kiyevdə saxlanılıb. 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, E.Məmmədov Nikolay Amosov adına klinikanın yaxınlığında kirayə götürülmüş mənzildə gizlənirmiş. 

Laçın Məmmədov Şəmkir rayonunun İrmaşlı kəndinin sakinidir və ailəsi, azyaşlı uşaqları ilə birlikdə Odessada yaşayırmış. Onun azərbaycanlılardan ibarət kriminal qruplaşmaya mənsub olduğu bildirilir.

Bəzi məlumatlara görə, Laçın Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.

İddia olunur ki, Sadik Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, 25 yaşlı Laçın Məmmədovun nəşi dəfn olunmaq üçün artıq Şəmkirin İrmaşlı kəndinə gətirilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin