Deputat haqqında yazılan İTTİHAMLARA CAVAB VERDİ: "Görünür ortada müəyyən qərəz var"

12:07 - 6 Avqust 2021

Deputat haqqında yazılan İTTİHAMLARA CAVAB VERDİ:

Millət vəkili Vüqar İskəndərov haqqında yazılan ittihamlara münasibət bildirib.

Manset.az-a açıqlama verən deputat yazılanların qərəzli olduğunu deyib:

"Dünəndən etibarən bəzi saytlarda mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Təəssüf hissi ilə qeyd edirəm ki,1 illik deputatlıq fəaliyyətimdə demək olar muraciət edən bütün Kütləvi İnformasiya Vasitələri ilə açıq formada işləyirəm. O baxımdan ən azından həmin saytlar mənimlə əlaqə saxlayıb mövqe öyrənə və məlumatları dəqiqləşdirə bilərdi. Çunki həmin məqalədə yer alan məlumatların əksəriyyəti təhrif olunmuş formadadir. Hazırda Milli Məclis məzuniyyətə buraxılsa da mən iş başındayam. Peşəkar jurnalistikadan söhbət gedirsə düşünürəm həmin saytlar da mənlə əlaqə saxlamalı idi. Görünür ortada muəyyən qərəz var.

İstərdik ki, ölkənin tale yüklü məsələlərə mövqe bildirək, nəinki belə həqiqətə uygun olmayan fikirlərə. Bütün jurnalistlərə dərin hörmətimi bildirərək hər biri ilə konstruktiv əməkdaslığa və açıq muzakirələrə hazır olduğumu qeyd edirəm".


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin