Bakıda bu marşrut xəttində sərnişinlərə "Cəhənnəm əzabı" verilir - FOTOLAR

10:55 - 6 Avqust 2021

Bakıda bu marşrut xəttində sərnişinlərə

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır. Bakı Nəqliyyat Agentliyinin iyunun 15-i tarixindən etibarən ictimai nəqliyyatda kondisionerlərdən istifadə edilməsi ilə bağlı tapşırığı olsa da, 217 nömrəli marşrut xəttində bu göstərişə əməl edilmir.

Manset.az xəbər verir ki, gündəlik 10 minə yaxın sərnişin daşıyan 217 nömrəli marşrut xəttinin “İsuzu-Citibus” markalı avtobuslarında kondisioner sistemi qoşulmur. 
Sərnişinlər bildirirlər ki, avtobuslarda isti havalarda, xüsusilə də pik saatlarda kondisioner qoşulmayanda nəfəs almaq çətin olur.

Sərnişinlərin sözlərinə görə, bu problemlə bağlı sürücülərə dəfələrlə şikayət etsələr də, heç bir nəticə yoxdur. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Manset.az-a açıqlamasında bildirib ki, problemin həll edilməsi üçün daşıyıcı şirkətə məlumat veriləcək.

Qeyd edək ki, 217 nömrəli marşrut xətti Koroğlu metrostansiyası Abşeron rayonu Məmmədli qəsəbəsi istiqamətində fəaliyyət göstərir.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin