Azərbaycançılıq ideyasının təbliği - Hansı işlər görülməlidir?

15:29 - 9 Sentyabr 2022

Azərbaycançılıq ideyasının təbliği - Hansı işlər görülməlidir?

6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Hazırda bir çox ölkələrdə siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır.

Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. 

Millət vəkili Əziz Ələkbərli bildirir ki, Azərbaycançılıq – “Azərbaycançı olmaq” deməkdir, yəni dinindən, dilindən, milliyyətindən, sosial vəziyyətindən, cinsindən, yaşından asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ölkənin maraq və mənafelərini birinci sıraya qoymalıdır:


“Azərbaycanda azərbaycançılıq ideyasının kökləri tarixin çox dərin qatlarına gedib çıxır. Şimalda Qafqaz sıra dağlarından cənubda Gəngər körfəzinə, qərbdə Qara dənizdən şərqdə Xəzər dənizinə qədər uzanan böyük bir coğrafiyada min illər boyu bu ideyaya xidmət edən insanlar yaşayıb, mübarizə aparıb”. 

Əziz Ələkbərli vurğulayıb ki, Azərbaycançılığın milli dövlətçilik ideologiyasına çevrilməsi isə birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:
“Əraziləri işğal altında, özü müharibə vəziyyətində olan, daxildən etnik separatçılıqla təhdid edilən bir ölkədə azərbaycançılıq milli birlik yarada biləcək yeganə ideologiya idi və Heydər Əliyev də böyük siyasi uzaqgörənliklə bu ideologiyanı seçdi. 

Welcome to Heydar Aliyevs Heritage Research Center
Lakin bu yola haradan və nədən başlamaq lazım idi? Təbii ki, hər şeydən əvvəl, milli özünüdərkdən, milli dəyərləri qoruyub saxlamaqdan və inkişaf etdirməkdən. 1998-ci il dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciətində “Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür”, – deyə elan etdi. 
Daha sonra Azərbaycanda bütün sosial təbəqələr və etnik qruplar arasında vahid və bölünməz vətən, milli birlik və həmrəylik ideyası təbliğ olunmalı, xalq bu ideya ətrafında birləşməli idi”. 
Deputatın sözlərinə görə, Azərbaycan həmişə müxtəlif etnosların və müxtəlif dinlərin çiyin-çiyinə yaşadığı bir ölkə olub:
“Milli və dini fərqliliyə baxmayaraq, bu coğrafiyada yaşayan insanları eyni tale, eyni qədər birləşdirmiş, yadelli işğalçılara qarşı onlar həmişə birgə mübarizə aparıblar. III-IV yüzillərdə Sasanilərə qarşı mübarizədə də bu, belə olmuş, VII-IX yüzillərdə ərəb işğalçılarına qarşı mübarizədə də, XIII- XIVyüzillərdə monqol yürüşlərinə qarşı müqavimət hərəkatında da, XIX yüzildə rus işğalçılarına qarşı vuruşanda da və İkinci Qarabağ müharibəsində də.
Lakin azərbaycançılıq ideologiyası təkcə Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan türklərinin və Azərbaycanı özünün tarixi vətəni hesab edən müxtəlif azsaylı xalqların milli birlik ideologiyası olaraq qalmır, o həm də bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır. 

Iran, Egypt and Gulf cautiously watch Azerbaijan-Armenia conflict - The  Jerusalem Post
Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə 28 dekabr 1999-cu il tarixli Müraciətində deyildiyi kimi: “Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. 
Ona görə də Ulu Öndər Heydər Əliyev 28 dekabr 1996-cı il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə bütün dünya azərbaycanlılarına üz tutaraq elan edirdi ki, “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır”. Bununla da azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən və onları Azərbaycan naminə vahid məqsəd uğrunda səfərbər edən milli ideologiya kimi irəli sürülürdü”.
Millət vəkili hesab edir ki, Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayındakı çıxışında azərbaycançılıq ideologiyasının sosial, siyasi və fəlsəfi mahiyyətini ortaya qoyur: 

Azerbaijani Multiculturalism

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.


 Millət vəkili qeyd edib ki, məhz bu ideologiya sayəsində biz 44 günlük Vətən Müharibəsində dünyanı mat qoyan milli birlik və həmrəylik nümayiş etdirdik:
“Təkcə erməniləri yox, onların havadarlarını da, dünya erməniliyini də qarşımızda diz çökməyə məcbur etdik. Bu, artıq azərbaycançılıq ideologiyasının təntənəsi idi.
Azərbaycançılıq ideologiyası Azərbaycanın bugünkü uğurlarını təmin edən bir ideologiya olduğu kimi, uzaq gələcəyə də uğurla daşıyacaq yeganə ideologiyadır”.

Millət vəkili Musa Qasımlı da hesab edir ki, Azərbaycan respublikasının bütün vətəndaşlarının, eyni zamanda xaricdə yaşayan və özlərini Azərbaycanla bağlı sayan şəxslərin vahid ideologiyasıdır:

Fotoğraf açıklaması yok.
“Bu ideologiya bütün azərbaycanlıları birləşdirir. İndiyədək Azərbaycançılıq ideologiyası ilə bağlı xeyli işlər görülüb. Azərbaycançılığın Azərbaycanın dövlət ideologiyasına çevrilməsində heç şübhəsiz mühüm rolu ulu öndər Heydər Əliyev oynayıb. Bu ideologiyanın bitkin hala salınması və dövlətin əsas ideologiyaya çevrilməsi Heydər Əliyevin adı ilə bağlıdır. 
Biz Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı bir sıra işlər görə bilərik. Hər şeydən əvvəl bizim mediamız müxtəlif dillərdə Azərbaycançılığı təbliğ edə bilər. Xaricdə yaşayan azərbaycanlılar KİV-də bu məsələ ilə bağlı geniş təbliğat işləri apara bilərlər. 
Millət vəkili bildirib ki, Diasporla İş Üzrə Dövlət Komitəmizin üzərinə böyük vəzifələr düşür. O, qeyd edib ki, Azərbaycançılıq ideologiyasının təməlində dövlətçilik, vətənçilik amilləri dayanır. Bizi tək bayraq, tək dövlət, tək millət birləşdirir:
“Bu ideologiyanın təbliği üçün orta məktəb dərslikləri mühüm bir vasitə ola bilər. Dərsliklərdə Azərbaycan dövlətçiliyi, millətimizlə bağlı yazılara geniş yer verilməsi fayda verərdi. 
Ən böyük nəticə ondan ibarətdir ki, biz torpaqlarımızı düşmən işğalından azad etmişik. Məhz tək bayrağın, tək millətin, tək dövlətin ruhu ilə Azərbaycan əsgəri erməniləri Azərbaycan torpaqlarından qovub. İşğalçılardan torpağımızı azad edib. Və bu gün məhz o ideologiyanın hakimiyyəti altında biz dünyada məğrur bir xalq kimi addımlayırıq. 
Torpaqlarımızın işğaldan azad edilməsindən 2 il keçir. Biz beynəlxalq elmi konfranslar keçirə bilərik, QHT-lər bu işdə fəal ola bilər. Elmi-tədqiqat işləri aparılması zəruridir. Torpaqlarımızın işğaldan azad edilməsi müstəqillik tariximizin ən şərəfli səhifəsidir. Ona görə bizim mediamız həmin sahələrə xüsusi diqqət yetirməlidir”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin