İlham Əliyev Paşinyanla BRİCS Sammitində söhbət etdi - VİDEO/FOTO
24 Oktyabr 2024
09:33 - 6 Avqust 2021
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə gecə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini Fətəliyev Rəhman Nəriman oğlu idarə etdiyi “Vaz-21011” markalı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, qarşı tərəfin yoluna çıxaraq əks istiqamətdə hərəkətdə olan 1980-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Mamedov Eldeniz Məzahir oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində “Vaz-21011” markalı avtomobilin sərnişinləri olan, 1995-ci il təvəllüdlü, Bakı şəhəri Novxanı qəsəbəsi sakini Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.
“Vaz-21011” markalı avtomobilin sürücüsü Rəhman Feteliyev və onun avtomobilində olan sərnişinlər 1998-ci il təvəllüdlü Əhmədov Əhməd Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı tərəfimdən araşdırma aparılır.//qafqazinfo//
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin