Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
21:31 - 5 Avqust 2021
İranın prezidenti İbrahim Rəisinin andiçmə mərasimində çıxışı zamanı Paşinyanın nümayiş etdirdiyi nəzakətsizlik və diplomatik etiketin pozulması Ermənistan mediasında sərt tənqidlərə səbəb oldu. Tədbirdə iştirak edənlərdən yalnız Paşinyan sinxron tərcümə cihazını söndürüb, smartfonunda sosial şəbəkələrdə əylənməyə başlayıb. Nikol Paşinyanın sosial şəbəkələrdə çox fəal istifadəçi olduğu hamıya məlumdur.
Manset.az xəbər verir ki, Ermənistanın Respublika Partiyasının sədr müavini, sabiq təhsil naziri Armen Aşotyanın fikrincə, şərq ölkəsində açıq hörmətsizlik göstərmək və etiket qaydalarını pozmaq bağışlanmaya bilər, bu da, öz növbəsində, İran kimi strateji tərəfdaşla münasibətlərə mütləq təsir edəcək.
Ermənistanın news.am saytının yazdığına görə, A.Aşotyan özünü saxlaya bilməyib və Paşinyanın ünvanına təhqir və hətta alçaldıcı ifadələr işlədib: “Bu axmaq hələ diplomatiyanın nə olduğunu, mədəniyyətin nə olduğunu, tərbiyənin nə olduğunu, məsuliyyətin nə olduğunu anlamayıb. Xüsusilə Şərqdə bu cür hörmətsizlik unudulmaz və bağışlanılmazdır".
Virtualaz.org
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin