DƏHŞƏTLİ HADİSƏ: Qardaş qardaşı oraqla qətlə yetirdi

20:08 - 7 Sentyabr 2022

DƏHŞƏTLİ HADİSƏ: Qardaş qardaşı oraqla qətlə yetirdi

Sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin