Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
11:43 - 7 Sentyabr 2022
Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı 08.09.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başlayacaq.
Görülən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, “Azərneftyağ” (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin