Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
17:57 - 5 Avqust 2021
Almaniya millisinin, "Bavariya"nın və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.
Manset.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, 18 yaşında motosiklet qəzasında vəfat edib.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. Qəza Portuqaliyanın paytaxtı Lissabonun cənubunda Ballakınn evinin yaxınlığında baş verib.
Qeyd edək ki, Mixael Ballak 1999 - 2010-cu illərdə Almaniya millisində çıxış edib. O, 2002-ci ildəki dünya çempionatında gümüş, 2006-cı ildəki mundialda isə bürünc medal qazanıb. 45 yaşlı keçmiş yarımmüdafiəçi 2008-ci ildəki Avropa çempionatında gümüş mükafatçı olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin