İran prezidentinin andiçmə mərasimi başladı

17:38 - 5 Avqust 2021

İran prezidentinin andiçmə mərasimi başladı

İslam Şurası Məclisi (parlament) binasında İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi başlayıb.

Manset.az xəbər verir ki, dövlət televiziyası İRİB tərəfindən birbaşa yayımlanan mərasimdə parlament və Ali Məhkəmə rəhbərləri, yüksək rütbəli rəsmilər və hərbçilər iştirak edirlər. Bununla yanaşı, 70-dən artıq ölkədən 115-dək qonaq da mərasimə qatılıblar.

Xatırladaq ki, İbrahim Rəisi iyulun 18-də keçirilən və seçicilərin 48,8 faizinin iştirak etdiyi seçkilərdə 17,9 milyon (62 faizə yaxın) səs toplayaraq yeni dövlət başçısı seçilib.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin