Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
17:19 - 5 Avqust 2021
Böyük Britaniya Gürcüstanı koronavirusun yayılması ilə bağlı “qırmızı zona”ya daxil edəcək.
Manset.az xəbər verir ki, bu haqda məlumatı Böyük Britaniyanın Tbilisidəki səfirliyi yayıb. Bildirilir ki, bununla bağlı qərar avqustun 8-dən etibarən qüvvəyə minəcək.
Həmçinin qeyd olunur ki, “qırmızı zona” ölkələri siyahısına Gürcüstanla yanaşı Meksika, Fransanın Mayotta və Reunion adaları da daxil edilib.
Bununla yanaşı, Böyük Britaniya Avstriya, Almaniya, Sloveniya, Slovakiya, Latviya, Rumıniya və Norveçi təhlükəsiz ölkələr siyahısına daxil edib.
Qeyd edək ki, Gürcüstan hazırda koronavirusun dördüncü dalğasını yaşayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin