Hərbçimiz intihar etdi
7 Noyabr 2024
09:45 - 5 Avqust 2021
Bu gündən Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilir.
Manset.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:
– Almaniya Federativ Respublikası;
– Avstriya Respublikası;
– Belçika Krallığı;
– Çexiya Respublikası;
– Danimarka Krallığı;
– İrlandiya Respublikası;
– İspaniya Krallığı;
– İsveç Krallığı;
– İsveçrə Konfederasiyası;
– Kanada;
– Lüksemburq Böyük Hersoqluğ
– Malta Respublikası;
– Niderland Krallığı;
– Polşa Respublikası;
– Portuqaliya Respublikası;
– Serbiya Respublikası;
– Sinqapur Respublikası;
– Sloveniya Respublikası;
– Slovakiya Respublikası;
– Yunanıstan Respublikası.
Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin