Bakıda uşaqlara işgəncə verilən mərkəzin direktor müavini və psixoloqu saxlanıldı - VİDEO

15:01 - 3 Sentyabr 2022

Bakıda uşaqlara işgəncə verilən mərkəzin direktor müavini və psixoloqu saxlanıldı - VİDEO

Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin