"Şimali Koreyada hüquq pozuntuları artıb" - BMT

20:37 - 2 Sentyabr 2022

Şimali Koreyada əsas hüquq və azadlıqlara təzyiq artıb.

Manset.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasına təqdim edilən hesabatda Şimali Koreyada insanlığa qarşı cinayətlərin artdığı və hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsində irəliləyiş olmadığı bildirilib.

Şimali Koreyada hüquq pozuntularının BMT-nin rəhbərliyi altında Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) aparılacağı qeyd edilib.

Ölkədə insan haqlarına edilən təzyiqlərin COVID-19-la birlikdə artdığına diqqət çəkilib.

2020-ci ildə Şimali Koreyada qüvvəyə minən; Cənubi Koreya mənşəli mediaya sahib olmağın və bu cür materialların yayılmasının ömürlük həbs və bəzən ölüm cəzası ilə cəzalandırılması ilə bağlı qanun da müzakirə olunub.

Qanuna əsasən, 2021-ci ilin aprelində Cənubi Koreya filmləri və musiqiləri olan USB və CD satan şimali koreyalı ictimai yerdə edam edilib.

BMT Baş Katibi Antonio Quterreş qeyd edilib ki, beynəlxalq ictimaiyyətin Şimali Koreyada hüquq pozuntularını araşdırmaq və hesabatlılığı təmin etmək üçün hərəkətə keçmək “öhdəliyi” var.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin