Azərbaycanda Ermənistanın daha bir hərbçisinin meyiti tapıldı

16:33 - 4 Avqust 2021

Azərbaycanda Ermənistanın daha bir hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun bir hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Manset.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Meyitin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Məlumata görə, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 630 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin