Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
13:18 - 4 Avqust 2021
Məşhur rejissor Aqil M.Quliyev xarici görünüşü ilə diqqət çəkib.
Manset.az xəbər verir ki, "Ziq-Zaq" verilişinə qonaq olan rejissor xeyli arıqlayıb. Çəki atmasından danışan M.Quliyev 120 kiloqrama qədər kökəldiyini hazırda isə 43 kiloqram arıqladığını bildirib:
"39-40 yaşıma qədər belə arıq olmuşam. Yaşıdlarıma gülürdüm ki, sizin böyük qarnınız var, köksünüz... Sonra mən də başladım kökəldim. Çəkim 120 kiloqrama qədər artdı. Çox əziyyət çəkirdim. Böyük kolmpleks yaşayırdım. Birdən-birə çox yeməyə başladım. Kök olduğum üçün efirlərə getmirdim, şəhərə çıxa bilmirdim.
Biri var, uşaqlıqdan kök olasan, bu, sənə yaraşa və rahat olasan, biri də var, sonradan kökələsən. Mən özümü çox narahat hiss edirdim. Arıqlamağım üçün xüsusi bir şey etmədim, sadəcə yavaş-yavaş yeməyə başladım. Hazırda xüsusi pəhriz saxlamıram, hər şey də yeyirəm, amma az-az və yavaş-yavaş yeyirəm. Hazırda çəkim 77 kiloqramdır"
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin