Azərbaycanda məşhur müğənninin ürəyi tutdu - Xəstəxanaya yerləşdirildi (FOTO)

13:29 - 29 Avqust 2022

Azərbaycanda məşhur müğənninin ürəyi tutdu - Xəstəxanaya yerləşdirildi (FOTO)

Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardım ilkin müayinədən sonra müğənni xəstəxanaya yerləşdirilib. 

Manset.az-
ın məlumata görə, sənətçinin meneceri Paşa bildirib ki, Ş. Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:

"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik ürək döyüntüsü artıb. Gördük vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".

 

Mənbə: shownews.az

 


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin