Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
11:52 - 26 Avqust 2022
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.
Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.
Millət vəkili Könül Nurullayeva hesab edir ki, əhalinin, o cümlədən də gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, təhsili, məşğulluğu, sosial müdafiəsi istiqamətində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir:
“Gənclərin həm fiziki, həm də mənəvi inkişafı istiqamətində praktik addımlar atılır, bədən tərbiyəsi və idmanın populyarlaşması üçün tədbirlər həyata keçirilir. Ölkəmizdə gənclərin ictimai fəallığının, dövlət idarəçiliyində iştirakının stimullaşdırılması, gənc ailələrin problemlərinin həlli və digər məsələləri nəzərdə tutan “Azərbaycan Gəncliyi” Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir. Paytaxt və bölgələrdə gənclər mərkəzləri fəaliyyət göstərir. Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın gənclər hərəkatının inkişafına xüsusi töhfələr verir”.
Deputat əlavə edib ki, bu gün ölkəmizdə idmanın bütün növləri üzrə istedadlı gənclər yetişməkdədir:
“Hazırda dünyada həm də idman sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları fərqlənirlər. İdman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu mənada Azərbaycanın idman dövləti kimi beynəlxalq nüfuzu getdikcə daha da artır. Ümumiyyətlə, idman sahəsində uğuru şərtləndirən bir neçə amil var. Onlardan da ən vacibi ali səviyyədə idmana və idmançılara göstərilən qayğıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, eyni zamanda, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Millət vəkili qeyd edib ki, Gənclər və İdman Nazirliyi idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək istiqamətində uğurlu addımlar atır:
“Sevindirici haldır ki, işğaldan azad edilmiş torpaqlarda da idmanın inkişafı əsas vəzifərdən biridir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. Bu isə gələcəkdə ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək peşəkar idmançıların yetişməsinə zəmin yaradır.
Könül Nurullayevanın sözlərinə görə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirərək, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir” .
“Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edir, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində də yaxından iştirak edirlər. Son illər ərzində ölkəmizdə gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu artıb. Gənc nəslin nümayəndələrinin qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməsi təqdirəlayiq haldır.
Gənclərimiz ümumbəşəri dəyərlərə yiyələnərək, informasiya cəmiyyətində yaşamaq bacarıqlarını artırır, müxtəlif ölkələrin gəncləri ilə əməkdaşlıq münasibətləri yaradır, beynəlxalq gənclər hərəkatında fəal iştirak edirlər. Milli ideya ərtafında birləşən Azərbaycan gəncləri həm də mənəvi baxımdan inkişaf etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xidməti olan, Vətən uğrunda canından keçənlərin əksəriyyəti gənc nəslin nümayəndələri idi. Bütün bunlar vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin formalaşmasına xidmət edən düzgün dövlət siyasətinin göstəricisidir. Postmünaqişə dövründə də Azərbaycan gəncliyi fəallıq nümayiş etdirir, işğaldan azad edilmiş ərazilərimizin bərpasında yaxından iştirak edirlər”.
Bir sözlə, gənclərin fiziki və mənəvi inkişafı onların milli ideya ətrafında birləşməsində, ölkənin imicinin möhkəmlənməsində, sağlam cəmiyyətin formalaşmasında həlledici rol oynayır”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin