Yusif Güney yanan meşədə havaya atəş açdı - Polis tərəfindən SAXLANILDI

22:55 - 3 Avqust 2021

Yusif Güney yanan meşədə havaya atəş açdı - Polis tərəfindən SAXLANILDI

Antalyanın Manavqat rayonunun Çardak məhəlləsinin Balamut istiqamətində dünən gecə yanğınsöndürmə zamanı meşə məmurları ilə mübahisə edən müğənni Yusif Güney saxlanıb.

Manset.az Publika.az-a istinadla xəbər verir ki, müğənninin yanğınsöndürənlərlə mübahisəsinə səbəb onun qadağan olunan yerlərə müdaxilə etmək istəyi olub. Yardıma gedən Güney qəzəblənərək yanğınsöndürənlərin üzərinə hücum çəkib.

Müğənni tapança ilə havaya bir neçə dəfə atəş açıb. Y.Güney polis bölməsində sorğu-sual edilir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin