“Rusiyaya “Bayraktar” göndərməyəcəyik” - Haluk Bayraktar

15:56 - 26 Avqust 2022

“Rusiyaya “Bayraktar” göndərməyəcəyik” - Haluk Bayraktar

Türkiyənin “Baykar” şirkəti istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyaya göndərilməsini istisna edib. 

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “BBC”nin Rusiya xidmətinə müsahibəsində açıqlayıb. 

H.Bayraktarın sözlərinə görə, pul və maddi dəyərlər şirkət üçün prioritet hesab olunmur. 

“Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız artıq uzun illərdir davam edir. Buna görə də, bizə nə qədər vəsait təklif edilməsindən asılı olmayaraq, hazırkı vəziyyətdə PUA-ların Rusiyaya verilməsindən söhbət belə gedə bilməz”, - deyə Bayraktar söyləyib. 

O, həmçinin əlavə edib ki, “Baykar” şirkəti tam olaraq Ukraynanı dəstəkləyir.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin