Goranboy sakininə sahibsiz it hücum etdi

21:36 - 3 Avqust 2021

Goranboy sakininə sahibsiz it hücum etdi

Goranboy rayonunda 49 yaşlı qadına küçə iti hücum edib.

Manset.az xəbər verir ki, hadisə axşam saatlarında Bağçakürd kəndində baş verib.1972-ci il təvəllüdlü kənd sakini Muradova Aygün Akif qızı küçədə dolaşan sahibsiz itin hücumuna məruz qalıb. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.(apa)


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin